Bank Of Baku

Bakı-Supsa kəmərinin mühafizə zonasında 1.7 kq-dan çox narkotik aşkarlanıb

Bakı-Supsa kəmərinin mühafizə zonasında 1.7 kq-dan çox narkotik aşkarlanıb
# 08 sentyabr 2023 16:36 (UTC +04:00)

İxrac boru kəmərlərinin mühafizə və müdafiəsini təmin etmək məqsədilə, Yevlax rayon ərazisində, Bakı-Supsa ixrac boru kəmərinin 240,4-cü km-də, mühafizə zonasında, piyada müayinə vaxtı xəbərdaredici nişanın yanında sellofan torbaya bükülmüş narkotik vasitə (1,7 kq marixuana və 1 büküm metafetamin maddəsi) Yevlax regional idarəsinin əməkdaşları tərəfindən aşkar olunub.

Bu barədə APA-ya Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Mətbuat xidmətinin məlumat verilib.

“Narkotik vasitə Yevlax rayon polis şöbəsinə təhvil verilib”, - məlumatda vurğulanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR