Bank Of Baku

Bakıda 10 min manat dəyərində qızıl-zinət və məişət əşyalarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Bakıda 10 min manat dəyərində qızıl-zinət və məişət əşyalarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
# 15 iyul 2024 11:53 (UTC +04:00)

Nəsimi rayonu ərazisində yerləşən evlərin birindən oğurluq olub.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, bu barədə polisə məlumat verən ev sahibi 10150 manat dəyərində qızıl-zinət və məişət əşyalarının oğurlandığını bildirib.

Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən, əvvəllər məhkum olunmuş və axtarışda olan Seyfulla Qafarov saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR