Bank Of Baku

Bakıda ağır qəza: 7 avtomobil toqquşub - FOTO - YENİLƏNİB

Bakıda ağır qəza: 7 avtomobil toqquşub  - FOTO  - YENİLƏNİB
# 20 noyabr 2024 21:45 (UTC +04:00)

Xəbər verdiyimiz kimi, Bakının Xətai rayonunda 7 minik avtomobilinin iştirakı ilə qəza baş verib.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən APA-ya verilən xəbərə görə, 20.11.2024-cü il tarixində saat 20:00 radələrində Nizami rayonu ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfər (kişi cinsli) müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə təxliyə olunub.

***
21:00

Bakının Xətai rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Xudu Məmmədov küçəsində qeydə alınıb.

İlkin məlumata görə, qəzada 7 minik avtomobili toqquşub.

Hadisə nəticəsində 2 nəfər xəsarət alıb.

Əraziyə polis əməkdaşları cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR