Bank Of Baku

Bakıda ağır yol qəzasında ölən 5 nəfərin kimliyi bilindi - SİYAHI - FOTO - VİDEO - YENİLƏNİB - 4

Bakıda ağır yol qəzasında ölən 5 nəfərin kimliyi bilindi - SİYAHI  - FOTO  - VİDEO  - YENİLƏNİB - 4
# 01 yanvar 2023 16:33 (UTC +04:00)

Bakıda baş verən qəzada ölənlərin sayı 5-ə çatıb.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirib ki, qəza zamanı 1997-ci il təvəllüdlü Vüqar Abdullayev, 1994-cü il Pərviz Əlizadə

1994-cü il təvəllüdlü Aytəkin Allahyorava, 2001-ci il təvəllüdü Könul Namazova, 1997-ci il Jalə Aslanova ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

***

16:33

Bakıda ağır yol qəzası nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

Bu barədə APA-ya DİN-in Mətbuat Xidmətindən bildirilib.

***

14:50

Xəbərə video əlavə edilib.

***

14:36

Bakıda baş verən yol qəzasında xəsarət alanlardan biri ölüb.

APA xəbər verir ki, həkimlərin səyinə baxmayaraq xəstəxanaya yerləşdirilən "Toyata Prius"un sərnişi olan qadın ölüb.

Bununla da yol qəzasında ölənlərin sayı 4-ə çatıb.

***

14:00

Bakıda 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası olub.

APA xəbər verir ki, hadisə Heydər Əliyev Prospektində, Şəfa stadionun yaxınlığında qeydə alınıb.

Avtomobillərin toqquşması nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb.

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib ki, qəza zamanı "Toyota Prius" və "Mercedes" avtomobilləri toqquşub:

"İlkin araşdırmalar zamanı məlum olub ki, hadisə "Mercedes"in manevr qaydalarını pozması nəticəsində baş verib. Belə ki, "Koroğlu" metrosu istiqamətində "Mercedes" markalı avtomobil sürətlə gələrkən maneəyə çırpılaraq yolun ortasına düşüb. Arxadan gələn "Toyota Prius" avtomobili "Mercedes"ə çırpılıb. 3 nəfər hadisə yerində ölüb. "Toyota Prius"un içində olanlar təcili xəstəxanaya aparılıb. Onların vəziyyəti ağırdır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR