Bank Of Baku

Bakıda anbarda və evdə yanğın olub

Bakıda anbarda və evdə yanğın olub
# 10 sentyabr 2023 12:41 (UTC +04:00)

Bakı şəhərinin Səbail rayonunda ümumi sahəsi 300 m² (hər mərtəbəsi 100 m²) olan üçmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində anbar kimi fəaliyyət göstərən evin bir otağında geyim əşyaları 25 m² sahədə, anbarın qarşısına yığılan taxta materiallar 45 m² sahədə və yaxınlıqda ümumi sahəsi 80 m² olan birmərtəbəli 1 otaqlı evin dam örtüyünün taxta atmaları 3 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən xəbərə görə, yüksək temperaturdan evin xarici divarına quraşdırılan 2 ədəd kondisionerin mühərriki əriyib.

Anbarın və evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR