Bank Of Baku

Bakıda avtobusla yük maşını toqquşub, 2 nəfər xəsarət alıb

Bakıda avtobusla yük maşını toqquşub, 2 nəfər xəsarət alıb
# 12 oktyabr 2022 17:38 (UTC +04:00)

Xətai rayonu, metropolitenin "Əhmədli" stansiyasının yaxınlığında sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində baş verən hadisə ilə əlaqədar Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadaları tərəfindən 2 nəfər tibb müəssisəsinə yerləşdirilib.

Bu barədə APA-ya TƏBİB-dən bildirilib.

“Onlardan birinə ilkin tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb. Digər bir nəfərə də ilkin tibbi yardım göstərilib, hazırda müayinə və müalicəsinə davam edilir”, - qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR