Bakının Nərimanov rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.
APA xəbər verir ki, qəza Heydər Əliyev prospektində baş verib.
Belə ki, 1959-cu il təvəllüdlü Deskov Yura Nikolayeviç yüksək sürətli yolun piyada üçün müəyyən edilməmiş hissəsindən keçərkən 77-HB-231 dövlət nömrə nişanlı “Hyundai” markalı maşın onu vurub.
Nəticədə piyadanın sağ ayağının topuq sümüyü sınıb.
Qəzadan sonra prospektdə yolda sıxlıq yaranıb.
Yol polisləri nəqliyyatın hərəkətini tənzimləyib.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya aparılıb.
Sürücünün izahatı alınıb.
Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti orta-ağırdır hazırda o, reanimasiya şöbəsinə yerləşdirilib.