Bakıda avtomobilin vurduğu 67 yaşlı kişi ölüb

Bakıda avtomobilin vurduğu 67 yaşlı kişi ölüb
# 21 noyabr 2023 08:59 (UTC +04:00)

Bakıda avtomobilin vurduğu 67 yaşlı kişi ölüb.

APA xəbər verir ki, hadisə Mərdəkan qəsəbəsi "Qaranquş" sanatoriyasının qarşısında qeydə alınıb.

1999-cu il təvəllüdlü İbrahim Həsənov idarə etdiyi "VAZ 2107" markalı avtomobillə 1956-cı il təvəllüdlü Cəfər Hüseynovu vurub.
Piyada xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR