Bank Of Baku

Bakıda avtoxuliqanlıq edən sürücü 30 sutka həbs edilib - VİDEO

Bakıda avtoxuliqanlıq edən sürücü 30 sutka həbs edilib - VİDEO
# 16 dekabr 2024 09:19 (UTC +04:00)

Paytaxtda avtoxuliqanlıq edən daha bir sürücü həbs edilib.

Bu barədə APA-ya Baş Dövlət Yol Polisi İdarəsinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən yol-hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan “Vaz 21074” markalı, 99-TD-097 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Muhəmmədəli Bayışlı saxlanılıb.

Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə M.Bayışlının sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 30 sutka inzibati qaydada həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR