Bank Of Baku

Bakıda axtarılan yeniyetmə tapılıb - YENİLƏNİB

Bakıda axtarılan yeniyetmə tapılıb - YENİLƏNİB
# 19 dekabr 2024 15:38 (UTC +04:00)

Bakıda itkin düşmüş kimi axtarışa verilən yeniyetmə polis əməkdaşları tərəfindən tapılıb.

Bu barədə APA-ya DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

O, ailəsinə təhvil verilib.

***

09.41

Bakıda 16 yaşlı yeniyetmə itkin düşüb.

APA xəbər verir ki, hadisə Yasamal rayonunda baş verib.

Belə ki, Yasamal rayonunda yaşayan 2008-ci il təvəllüdlü Musayev Rüfət Xəyyam oğlu dekabrın 17-si saat 17 radələrində yaşadığı evdən çıxıb bir daha geri qayıtmayıb.

Onun itkin düşdüyü ehtimal edilir, barəsində əməliyyat-axtarış tədbirləri aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR