Bank Of Baku

Bakıda bıçaqlı şəxslər mənzilə basqın edib

Bakıda bıçaqlı şəxslər mənzilə basqın edib
# 22 oktyabr 2022 11:18 (UTC +04:00)

Bakıda bıçaqlı şəxslər mənzilə basqın edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə oktyabrın 19-da saat 22 radələrində rayon ərazisində kirayədə yaşayan Bakı şəhər sakininin evinə gələn 2 nəfərin bıçaqla ona xəsarət yetirərək evdən 4500 manat pulunu talayıb aparmaları barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Anar Qafarov və Lənkəran rayon sakini Röyal Əhədzadə müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR