Bank Of Baku

Bakıda birmərtəbəli, Cəlilabadda ikimərtəbəli evdə yanğın olub

Bakıda birmərtəbəli, Cəlilabadda ikimərtəbəli evdə yanğın olub
# 04 sentyabr 2023 09:02 (UTC +04:00)

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 140 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 20 m² sahədə və dam örtüyünün taxta atmaları 40 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən xəbərə görə, evin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Cəlilabad rayonunun Göytəpə şəhərində isə ümumi sahəsi 250 m² olan ikimərtəbəli, 5 otaqlı, mansard tipli evin 2-ci mərtəbəsinin mətbəxində mebel 1 p.m, 1 ədəd soyuducu, mətbəxin və dəhlizin taxtadan ibarət tavanı 14 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR