Bank Of Baku

Bakıda cənazə daşıyan avtomobilin sürücüsü xəsarət alıb - YENİLƏNİB

Bakıda cənazə daşıyan avtomobilin sürücüsü xəsarət alıb - YENİLƏNİB
# 25 dekabr 2024 10:23 (UTC +04:00)

Dekabrın 24-də gecə saatlarında paytaxtın Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisindən 35 yaşlı A.Abbasquliyevin xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov APA-ya bildirib ki, məlumatla bağlı aparılan araşdırmalar nəticəsində həmin şəxsin tikinti ərazisində yıxılaraq xəsarət alması müəyyən edilib. Bu barədə vətəndaş özü də izahatında bildirib. Hazırda araşdırmalar davam etdirilir.

***

01.41

Bakının Sabunçu rayonunda bir nəfər bıçaqlanıb.

APA xəbər verir ki, hadisə Zabrat qəsəbəsində baş verib.

Belə ki, 1989-cu il təvəllüdlü Abbasquliyev Abdulla Bayram oğlu dava zamanı bıçaqlanıb.

Yaralı çoxsaylı bıçaq xəsarətləri alıb. O xəstəxanaya yerləşdirilib.

Xəstənin hazırda əməliyyat olunduğu bildirilir.

Qeyd edək ki, A.Abbasquliyev cənazə daşıyan avtomobilin sürücüsüdür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR