Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.
APA xəbər verir ki, hadisə Moskva prospektində kafelərin birində baş verib.
Belə ki, kafedə düşən dava zamanı 2002-ci il təvəllüdlü Osmanov Murad Rahim oğlunun bədəninə bir neçə bıçaq zərbəsi vurulub.
Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları araşdırma aparır.