Bank Of Baku

Bakıda ər-arvadın öldüyü qəzaya görə tutulan sürücüyə hökm oxunub

Bakıda ər-arvadın öldüyü qəzaya görə tutulan sürücüyə hökm oxunub
# 10 oktyabr 2023 11:01 (UTC +04:00)

Bakıda yol qəzasında ər-arvadın ölümünə səbəb olmaqda təqsirləndirilən Xalid Quliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Xalid Quliyev 5 il 11 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il avqustun 24-də paytaxtın Suraxanı rayonunda - Zığ şosesində baş verib.

Xalid Quliyevin idarə etdiyi “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq qəzaya düşüb. Nəticədə Müşfiq Mustafayev və onun həyat yoldaşı Anargül Mustafayeva ölüb.

Qəza nəticəsində vəfat edən Müşfiq Mustafayev Bakı Metropoliteninin əməkdaşı, maşinist olub. Anargül Mustafayeva isə 267 saylı orta məktəbdə müəllim işləyirmiş.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR