Bank Of Baku

Bakıda evdə yanğın olub, bir nəfər tüstüdən zəhərlənib

Bakıda evdə yanğın olub, bir nəfər tüstüdən zəhərlənib
# 24 oktyabr 2022 08:20 (UTC +04:00)

Bakıda evdə yanğın olub.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Xətai rayonunda ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə və dam örtüyü yanıb.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR