Bakıda gənc oğlanı avtomobil vurub, vəziyyəti ağırdır

Bakıda gənc oğlanı avtomobil vurub, vəziyyəti ağırdır
# 06 dekabr 2023 05:36 (UTC +04:00)

Bakının Sabunçu rayonunda yol qəzası baş verib.

APA xəbər verir ki, yol-nəqliyyat hadisəsi Zabrat qəsəbəsində qeydə alınıb.

Belə ki, 2000-ci il təvəllüdlü Haqverdi Novruzovu 77-HC-999 dövlət nişanlı “BMW” markalı avtomobil vurub.

Yaralı ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlər piyadanın aqonal vəziyyətdə olduğunu bildirir.

Faktı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR