Bank Of Baku

Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO - VİDEO

Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO  - VİDEO
# 24 oktyabr 2022 05:21 (UTC +04:00)

Bakının Nəsimi rayonunda yol qəzası zamanı iki nəfər xəsarət alıb.

APA xəbər verir ki, qəza Azadlıq prospektində qeydə alınıb.

Belə ki, prospektdə hərəkətdə olan “Ford”markalı maşınının sürücüsü eyni istqamətdə olan “Mercedes” markalı avtomobilə çırpılıb.

Zərbənin təsirindən “Mercedes”in sürücüsü sükana nəzarəti itirib.

İdarəetmədən çıxan maşın ağaca çırpılıb daha sonar mağazaya dəyərək dayanıb.

Hadisə nəticəsində hər iki avtomobil deformasiyaya uğrayıb.

“Ford markalı avtomobilin sürücü və sərnişini xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR