Bank Of Baku

Bakıda iki maşın toqquşub, ölənlər və xəsarət alanlar var - YENİLƏNİB - VİDEO

Bakıda iki maşın toqquşub, ölənlər və xəsarət alanlar var - YENİLƏNİB  - VİDEO
# 15 dekabr 2022 08:41 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi Bakıda baş verən ağır qəza ilə bağlı məlumat yayıb.

APA xəbər verir ki, məlumatda bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Bildirilib ki, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “ВAЗ” markalı minik avtomobili "Volvo" markalı yük avtomobilinə çırpılıb, 4 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfər sağ, digər 2 nəfərin meyiti zədələnmiş minik avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

Saat 06:23

Bakının Qaradağ rayonunda ağır yol qəzası zamanı iki nəfər ölüb, iki nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində, "Meyvəli bazarı"nın qarşısında qeydə alınıb.

Belə ki, “VAZ 2107” markalı avtomobil “MAN” markalı yük maşınına çırpılıb.

Qəza nəticəsində minik maşını deformasiyaya uğrayıb. Sürücü və sərnişinlər avtomobildə sıxılı qalıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib.

Sürücü və bir sərnişinin meyiti çıxarılaraq “morqa” təhvil verilib.

Xəsarət alaraq sıxılı qalan sərnişinlər 2001-ci il təvəllüdlü Məmmədzadə Razi Sakit oğlu və 1997-ci il təvəllüdlü Allahyarlı Kənan Şöhrət oğlu Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

Onların vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları tərəfindən avtotexniki ekspertiza təyin edilib.

Ölənlərin kimliyi müəyyənləşdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR