Bank Of Baku

Bakıda iki qadın arasında dava düşüb, bıçaqlananlar var - YENİLƏNİB

Bakıda iki qadın arasında dava düşüb, bıçaqlananlar var - YENİLƏNİB
# 10 iyul 2024 09:05 (UTC +04:00)

Mərdəkan qəsəbəsində baş verən bıçaqlanma hadisəsini törətməkdə şübhəli bilinən əvvəllər qəsdən adam öldürmə cinayətinə görə məhkum olunmuş 1973-cü il təvəllüdlü Zəminə Babayeva polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı saxlanılıb.

Bu barədə APA-ya DİN-in Mətbuat Xidmətindən bildirilib.

Araşdırmalar davam etdirilir.

***

01.17

Bakının Xəzər rayonunda iki nəfər bıçaqlanıb.

APA xəbər verir ki, hadisə Mərdəkan qəsəbəsində qeydə alınıb.

Belə ki, 1971-ci il təvəllüdlü Vəliyeva Lalə Qiyas qızı rəfiqəsi ilə mübahisə edib. Mübahisə zamanı o, bıçaqlanıb.

Həmin vaxt L.Vəliyevanın qohumu Məmmədov Valeh Məmməd oğlu da bıçaq xəsarəti alıb.

Hər iki yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Faktı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR