Bank Of Baku

Bakıda itkin düşən autizmli uşaq tapılıb - YENİLƏNİB

Bakıda itkin düşən autizmli uşaq tapılıb - YENİLƏNİB
# 25 iyul 2024 12:28 (UTC +04:00)

Bakının Binəqədi rayonunda itkin düşən autizm spektr pozuntusu olan yeddi yaşlı uşaq tapılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən APA-ya məlumata görə, axtarışda olan 2017-ci il təvəllüdlü Mehman Məmmədovun yeri polis əməkdaşları tərəfindən müəyyən olunub.

Yasamal rayonu ərazisində tapılan azyaşlı ailəsinə təhvil verilib, sağlamlığı qaydasındadır.

***

09.33

Bakıda autizm spektr pozuntusu olan 7 yaşlı uşaq itkin düşüb.


APA xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb. Biləcəri qəsəbəsində yaşayan 2017-ci il təvəllüdlü Mehman Məmmədov ötən gün yaşadığı evdən çıxıb və geri qayıtmayıb.


Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR