Bank Of Baku

Bakıda kafedə yanğın baş verib - YENİLƏNİB

Bakıda kafedə yanğın baş verib - YENİLƏNİB
# 16 noyabr 2024 23:25 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Yasamal rayonu, Ş.Mehtiyev küçəsində yerləşən kafedə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

APA xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində kafenin dam örtüyü 100 kv.m. və yanar konstruksiyaları 80 kv.m. sahədə yanıb.

Kafenin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Xəsarət alan yoxdur.


***
23:02


Bakının Yasamal rayonunda yanğın hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Şəfayət Mehdiyev küçəsində yerləşən kafedə qeydə alınıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

Yanğın söndürülüb. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR