Bank Of Baku

Bakıda kollecin yataqxanası yanıb - YENİLƏNİB

Bakıda kollecin yataqxanası yanıb - YENİLƏNİB
# 04 sentyabr 2023 11:30 (UTC +04:00)

Bakı şəhərinin Sabunçu rayonunda beşmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsinin dəhlizində ümumi sahəsi 10 m² olan mətbəxdə 1 ədəd qaz sobası yanıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən xəbərə görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 4 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mətbəxin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

10:42

Bakıda kollecin yataqxanası yanıb.

APA xəbər verir ki, Sabunçu rayonu, Ramiz Qəmbərov küçəsi bina 4-də yerləşən Neft və Energetika kollecinin yataqxanasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə cəlb edilib və yanğın qısa müddətdə söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR