Bakıda yol qəzası sıxlığa səbəb olub.
Bu barədə APA-ya DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Alı Mustafayev küçəsi, 3 mikrorayon dairəsi, körpünün üstündə yol-nəqliyyat hadisəsi baş verib. Qəza səbəbindən Ziya Bünyadov prospekti istiqamətində sıxlıq yaşanır. Yol polisi əməkdaşları hadisə yerindədirlər. Sıxlığın aradan qalırılması üçün işlər görülür.