Bank Of Baku

Bakıda liseydə şagirdin güllələdiyi müəllim palataya köçürülüb, vəziyyəti stabildir - YENİLƏNİB

Bakıda liseydə şagirdin güllələdiyi müəllim palataya köçürülüb, vəziyyəti stabildir - YENİLƏNİB
# 07 fevral 2026 16:05 (UTC +04:00)

1997-ci il təvəllüdlü şəxs (qadın) Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsindən Neyrocərrahiyyə şöbəsinə köçürülüb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq KTM-dən məlumat verilib.

Bildirilib ki, hazırda müalicəsi palata şəraitində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.

***

12:32

"1997-ci il təvəllüdlü şəxsin (qadın) müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir".

Bu barədə APA-nın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Bildirilib ki, onun vəziyyəti stabil qiymətləndirilir.

Qeyd edək ki, dünən "İdrak" liseyində 10-ci sinif şagirdi Ə.Ş 29 yaşlı qadın riyaziyyat müəllimini ov tüfəngi ilə vurub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR