Bank Of Baku

Bakıda mağazaları talayan şəxslər saxlanılıb

Bakıda mağazaları talayan şəxslər saxlanılıb
# 15 sentyabr 2025 12:41 (UTC +04:00)

Paytaxtın Yasamal rayonunda silsilə oğurluqlar qeydə alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, naməlum şəxs ayr-ayrı vaxtlarda 3 mağazdan ümumilikdə 2076 manat nağd pul və 2760 manat dəyərində tütün məmulatlarını talayıb. Bu barədə zərərçəkənlər polis orqanına müraciət ediblər.

Yasamal RPİ-nin 27-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluq və narkotiklə əlaqəli cinayətlərə görə məhkum edilmiş 32 yaşlı S.Zeynalov saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR