Bank Of Baku

Bakıda maşından 8 min manat oğurlanıb

Bakıda maşından 8 min manat oğurlanıb
# 12 oktyabr 2022 10:36 (UTC +04:00)

Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə H.Seyidzadə küçəsində “Toyota” markalı bir avtomobildən şüşəni sındırmaq yolu ilə 7300 manat, 600 ABŞ dolları və sürücülük vəsiqəsinin oğurlanması barədə müraciət daxil olub.

DİN-dən APA-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Astara rayon sakini, əvvəllər məhkum olunmuş Zakir Kərimov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Aysel Şahmar

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR