Bank Of Baku

Bakıda qadın və azyaşlının küçədə gecələməsi barədə görüntülər araşdırılır - FOTO

Bakıda qadın və azyaşlının küçədə gecələməsi barədə görüntülər araşdırılır - FOTO
# 17 oktyabr 2022 12:18 (UTC +04:00)

Bakıda qadın və azyaşlının küçədə gecələməsi barədə sosial şəbəkədə yayılan görüntülər araşdırılır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev APA-nın sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkədə yayılan görüntülərdən məlumatlıdırlar:“Həmin şəxs müəyyən olunub. Onun barəsində qanuna müvafiq tədbirin görülməsi təmin olunacaq”.

Qeyd edək ki, görüntülərin Xətai rayonunda, metronun “Həzi Aslanov” stansiyası yaxınlığında çəkildiyi bildirilir. Videogörüntülərdə qadın və azyaşlının açıq sahədə, zibillikdə yaşadığı müşahidə olunur.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu da APA-ya bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır.

Aysel Şahmar

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR