Bank Of Baku

Bakıda qarajdan 6 min manatlıq oğurluq edilib

Bakıda qarajdan 6 min manatlıq oğurluq edilib
# 21 oktyabr 2022 10:21 (UTC +04:00)

Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə G.Şıxlinski küçəsində yerləşən bir qarajdan 6000 manat dəyərində avtomobil ehtiyat hissələrinin oğurlanması barədə müraciət daxil olub.

DİN-dən APA-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər də oğurluğa görə məhkum olunmuş Kamran Vahabov və Elnur Əsgərov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR