Bank Of Baku

Bakıda restoranda yanğın olub - VİDEO - YENİLƏNİB

Bakıda restoranda yanğın olub - VİDEO  - YENİLƏNİB
# 10 sentyabr 2023 13:30 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, C.Xəndan küçəsində yerləşən obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.

APA-nın xəbərinə görə, məlumat daxil olduqdan dərhal sonra Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının ikimərtəbəli mansarda tipli iaşə obyektinin mansardasında baş verdiyi və genişlənərək obyektin digər hissələri və bitişik obyektlərə yayılma riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində hər mərtəbəsi 137m² olmaqla ümumi sahəsi 274m² olan ikimərtəbəli mansarda tipli obyektin 2-ci mərtəbəsində fəaliyyət göstərən restoranın mansardasının taxta üzlüyü və dam örtüyü 80m² sahədə yanıb.

Obyektin böyük hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub.

***

saat 10.15

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 274 m² (hər mərtəbəsi 137 m²) olan ikimərtəbəli mansarda tipli müxtəlif təyinatlı obyektlərdən (mağaza və restoran kimi fəaliyyət göstərir) 2-ci mərtəbəsində restoranın mansardasının taxta üzlüyü və dam örtüyü 80 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən xəbərə görə, obyektin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

© APA | Bakıda restoranda yanğın

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR