Bank Of Baku

Bakıda toydan çıxan ər və arvadı avtomobil vurub

Bakıda toydan çıxan ər və arvadı avtomobil vurub
# 26 dekabr 2023 08:00 (UTC +04:00)

Bakının Nizami rayonunda yol qəzası zamanı iki nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə Mehdi Abbasov küçəsində baş verib.

Şadlıq sarayından çıxaraq əks tərəfə keçmək istəyən 1969-cu il təvəllüdlü, Heydərov Mirəziz Ramiz oğlu və onun həyat yoldaşı, 1973-cü il təvəllüdlü Heydərova Sevinc Nadir qızını minik avtomobili vurub.

Yaralılar ağır vəziyyətdə özəl xəstəxanların birinə yerləşdirilib.

M.Heydərovun sağ baldır və sol bazu sümüyü sınıb.

S.Heydərovaya qapalı kəllə-beyin travması və qabırğaların sınığı diaqnozu qoyulub.

Fakt üzrə Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR