Bank Of Baku

Bakıda “WhatsApp” “status”una görə qardaş bacısını bıçaqlayıb - VİDEO

Bakıda “WhatsApp” “status”una görə qardaş bacısını bıçaqlayıb - VİDEO
# 18 oktyabr 2022 00:56 (UTC +04:00)

Bakının Sabunçu rayonunda qardaş bacısını bıçaqlayıb.

APA xəbər verir ki, hadisə Komsomol dairəsi kimi tanınan ərazidə baş verib.

Belə ki, Asəf Əsədullayev küçəsində 1986-ci il təvəllüdlü Əhmədova Şəhanə Mərdan qızı həyat yoldaşı ilə birgə evə gələrkən qardaşı onları qarşılayıb.

Ş.Əhmədovanın qardaşı bıçaqla onun kürəyinə iki bıçaq zərbəsi vurub.

Əri mübahisənin qarşısını almaq istəyərkən Ş.Əhmədovanın qardaşı bildirib ki, o “WhatsApp” “status”unda (hekayə bölməsi) paylaşım etdiyinə görə bu əməli törədib.

Qadın 3 saylı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Onun vəziyyəti ağır olaraq qiymətləndirilir.

Hələlik statusunun nədən ibarət olduğu bilinmir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR