Bank Of Baku

Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb - YENİLƏNİB-1 - FOTO

Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb - YENİLƏNİB-1  - FOTO
# 13 fevral 2023 23:58 (UTC +04:00)

Xəbərə foto əlavə olunub.

***

23.28
Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsində yerləşən beşmərtəbəli yataqxana binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

APA xəbər verir ki, bu haqda FHN məlumat yayıb.

***

23.20

Bakıda beşmərtəbəli yaşayış binasında yanğın baş verib.

APA xəbər verir ki, bu haqda FHN məlumat yayıb.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsində yerləşən beşmərtəbəli yaşayış binasındakı mənzildə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Əlavə məlumat veriləcək.

Elşən Yəhyayev

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR