Bank Of Baku

Bakıda yaşayış binasında yanğın olub, 3 nəfər xilas edilib

Bakıda yaşayış binasında yanğın olub, 3 nəfər xilas edilib
# 11 dekabr 2024 09:48 (UTC +04:00)

Bakının Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yanğın baş verib.

Bu barədə APA-ya FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, ümumi sahəsi 23 m² olan 2 otaqlı mənzilin mətbəxində mebel 2 paq.m. və məişət əşyaları yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər bina sakini tüstüdən zəhərlənmə əlamətləri ilə xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR