Bakıda yaşayış binasında yanğın olub, bir nəfər xəsarət alıb

Bakıda yaşayış binasında yanğın olub, bir nəfər xəsarət alıb
# 19 aprel 2024 13:25 (UTC +04:00)

Bakı şəhərinin Nizami rayonunda yanğın olub.

APA FHN-ə istinadən xəbər verir ki, doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 106 m² olan 5 otaqlı mənzilin mətbəxində 1 ədəd qaz sobası, 1 ədəd paltaryuyan və 1 ədəd qabyuyan maşın yanıb. Yüksək temperaturdan 3 p.m mətbəx mebeli qarsalanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR