Bank Of Baku

Bakıda yaşayış binasında yanğın olub - VİDEO

Bakıda yaşayış binasında yanğın olub - VİDEO
# 11 iyul 2024 09:22 (UTC +04:00)

Bakıda mənzildə yanğın olub.

APA-ya bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Paytaxtın Xətai rayonu, M.Hadi küçəsində yaşayış binasında yanğın baş verib. Əraziyə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri çağırış üzrə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində binanın pilləkən qəfəsində baş vermiş yanğın mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin pilləkən qəfəsində 10 kv.m. sahədə taxta tullantıları və 8 p.m. elektrik kabeli yanıb, yüksək temperaturdan 2-ci və 3-cü mərtəbələrin pilləkən qəfəsi deformasiya edib.

Mənzillər yanğından mühafizə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR