Bank Of Baku

Bakıda yol qəzası baş verib, xəsarət alanlar var - FOTO

Bakıda yol qəzası baş verib, xəsarət alanlar var  - FOTO
# 16 dekabr 2022 04:06 (UTC +04:00)

Bakının Nərimanov rayonunda iki avtomobil toqquşub və iki nəfər xəsarət alıb.

APA xəbər verir ki, qəza Səməd Vurğun və Həsən Əliyev küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, “Volkswagen” markalı avtomobilin sürücüsü Səməd Vurğun küçəsində yüksək sürətlə hərəkətdə olan zaman kəsişmədə olan “Toyota” markalı maşına çırpılıb. Bu zaman idarəetmədən çəxan “Toyota” kiçik köşkə və yol nişanlarına dəyərək dayanıb.

Qəza zamanı hər iki avtomobilin sürücüləri xəsarət alıb. Yaralılar təcili tibbi yardım vasitəsilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Hadisə şahidi İlkin Səfərov APA-nın hadisə yerində olan müxbirinə bildirib ki, “Volkswagen” markalı nəqliyyat vasitəsini idarə edən sürücü işıqforun qırmızı işığından keçib. Qəza məhz buna görə baş verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR