Bank Of Baku

Bakıda zəncirvari qəzada xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB

Bakıda zəncirvari qəzada xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB
# 09 noyabr 2024 09:32 (UTC +04:00)

Bakıda iki gün əvvəl zəncirvari qəzada xəsarət alanların vəziyyətləri açıqlanıb.

TƏBİB-dən APA-ya verilən xəbərə görə, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 07.11.2024-cü il tarixində saat 11:00 radələrində Xəzər rayonu ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub.

Qeyd olunub ki, çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub, 4 nəfər (kişi cinsli) müştərək travmalarla Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

1993-cü il və 1979-cu il təvəllüdlü hər iki şəxsə qapalı kəllə-beyin travması, 1979-cu il təvəllüdlü şəxsə bol-oma nayihəsinin qapalı travması, 1966-cı il təvəllüdlü şəxsə isə bel-omanın əziyi diaqnozları ilə zəruri tibbi yardımlar göstərilib.

Vəziyyətləri stabil qiymətləndirilən şəxslər öz istəkləri ilə özəl tibb müəssisəsinə təxliyə olunublar.

Bildirilib ki, hadisə nəticəsində 1 nəfərin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.

Elşən Yəhyayev

***

8 noyabr, 01.50

Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə ötən gün günorta saatlarında qeydə alınıb.

Belə ki, Mərdəkan-Qala şossesində 6 avtomobilin iştirakı ilə zəncirvari qəza hadisəsi qeydə alınıb.

Qəza zamanı ümumilikdə 9 nəfər xəsarət alaraq Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, 9 nəfərdən ikisinin vəziyyəti ağırdır. Onlar Fatimə Qasımova və Əlfəddin Əlhüseynovdur.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR