Bank Of Baku

BakuBus MMC-yə məxsus avtobus piyada keçidində qadını vurub

BakuBus MMC-yə məxsus avtobus piyada keçidində qadını vurub
# 22 oktyabr 2022 06:48 (UTC +04:00)

Bakının Nəsimi rayonu ərazisində yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə Tbilisi prospektində qeydə alınıb.

Belə ki, 1983-cü il təvəllüdlü Hətəmova Əsmər Ənvər piyada keçidi ilə yolun əks tərəfinə keçmək istəyərkən BakuBus MMC-yə məxsus 14-nömrəli marşut xətti ilə hərəkətdə olan sərnişin avtobusu onu vurub.

Yaralı ağır kəllə-beyin travması ilə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.

Faktı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Qeyd edək ki, avtobusda sərnişin olmayıb.

Hadisə zamanı sürücü avtobusu depoya aparırmış.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR