Bank Of Baku

Baş Prokurorluq: Edillidə kütləvi məzarlıq tapılan ərazidə axtarışlar davam edir

Baş Prokurorluq: Edillidə kütləvi məzarlıq tapılan ərazidə axtarışlar davam edir
# 17 oktyabr 2022 15:10 (UTC +04:00)

I Qarabağ müharibəsi zamanı Ermənistanın təcavüzü nəticəsində işğal olunan ərazilərimizdə çox sayda mülki şəxs itkin düşüb. Bu günə qədər onların taleyi barədə heç bir məlumat yoxdur.

APA xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov Xarici diplomatların iştirakı ilə Gəncə terroru qurbanlarının anım tədbirində bildirib.

Nemət Əvəzov deyib ki, Ermənistan tərəfi hazırkı dövrə qədər həmin mülki şəxslərin, o cümlədən hərbi qulluqçuların və bizdə qeydiyyatda olan itkin düşmüşlərin harda basdırılması və onların sonrakı taleyinin necə olması barədə məlumatlar təqdim etməyib: “Bu gün yenə Azərbaycan dövləti öz gücü hesabına işğaldan azad edilmiş ərazilərdə itkin düşmüş şəxslərin meyitlərinin axtarılıb tapılması ilə bağlı tədbirlərini davam etdirir. O cümlədən vurğuladığımız kimi Edillidə bir çox hərbi qulluqçumuzun bir məzarda basdırılması faktı ortaya çıxarılıb. Həmin ərazidə yenə axtarışlar davam edir. Onların şəxsiyyətinin müəyyən olunması istiqamətində Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda cinayət işi mövcuddur. Şəxsiyyətlərin müəyyən olunması ilə bağlı müxtəlif genetik ekspertizalar və digər istintaq hərəkətləri aparılır”.

Çingiz Səfərli

Fuad Nazimoğlu

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR