Bank Of Baku

Baş prokurorun müavini: "Ermənistanın dinc əhalini atəşə tutması ilə bağlı intensiv istintaq hərəkətləri aparılır"

Baş prokurorun müavini: "Ermənistanın dinc əhalini atəşə tutması ilə bağlı intensiv istintaq hərəkətləri aparılır"
# 17 oktyabr 2022 14:42 (UTC +04:00)

“Dəmir yumruq” əməliyyatı dövründə prokurorluq orqanları da adiyyatı qurumlarla birlikdə fəaliyyət göstərərək üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirib.

APA xəbər verir ki, bunu Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin iştirakı ilə Gəncə şəhərində törədilmiş terror hadisələrinin qurbanlarının anım tədbirində Baş prokurorun birinci müavini Elçin Məmmədov deyib.

O bildirib ki, Vətən müharibəsi dövründə prokurorluq əməkdaşları qanunsuz erməni birləşmələrinin törətdikləri hər bir cinayət faktı üzrə döyüş əməliyyatlarının aparıldığı ərazilərdə mümkün istintaq hərəkətləri keçirməklə zəruri tədbirlər görüblər:

“Eyni zamanda Ermənistanın siyasi rəhbərliyinin beynəlxalq konvensiyalarda öz təsdiqini tapan müharibə cinayətlərini pozaraq cəbhə zonasından kənarda yerləşən şəhərlərimizi və kəndlərimizi, obyektləri raket zərbələri, o cümlədən qadağan olunan silahlarla atəşə məruz qoyması, namərd hücumlarla dinc əhalini atəşə tutaraq qətlə yetirməsi ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başladılmış cinayət işləri üzrə Baş Prokurorluğun İstintaq İdarəsində hazırda intensiv istintaq hərəkətləri aparılır”.

Elçin Məmmədov qeyd edib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun gücü qarşısında aciz qalan təcavüzkar silahlı birləşmələrinin beynəlxalq qanunvericiliyinin silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsinə dair 1949-cu il tarixli Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozaraq respublikamızın 17 rayon və 3 şəhərinin müdafiə olunmayan əraziləri, yaşayış məntəqələri və silahsızlaşdırılmış zonaları, eləcə də mülki əhalinin sıx məskunlaşdığı məntəqələr, obyektlərin hədəfə alınması nəticəsində 93 nəfər, o cümlədən 11 azyaşlı, 27 qadın qətlə yetirilib, 454 nəfər, o cümlədən 50 azyaşlı, 101 qadın xəsarət alıb:

“Erməni silahları tərəfindən mülki əhalinin yaşadığı və döyüş zonasından kifayət qədər kənar ərazilərə edilən raket hücumları nəticəsində ümumilikdə 14 mindən artıq əmlaka təxminən 47 milyon manat maddi ziyan dəyib”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR