Bank Of Baku

Bərdə sakinindən 4 kq-a yaxın marixuana götürülüb

Bərdə sakinindən 4 kq-a yaxın marixuana götürülüb
# 30 noyabr 2024 10:38 (UTC +04:00)

Bərdə sakinindən 4 kiloqrama yaxın marixuana aşkarlanıb.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan APA-ya verilən xəbərə görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunan Məhərrəm İsmayılzadə saxlanılıb.

Onun yaşadığı ünvana baxış zamanı 4 kiloqrama yaxın marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, M.İsmayılzadə barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR