Bank Of Baku

Bərdədə Bakı sakinini bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB

Bərdədə Bakı sakinini bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB
# 04 sentyabr 2023 20:54 (UTC +04:00)

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, bu gün Bərdə rayonunda Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Əmrah İlyasovun kəsilmiş-deşilmiş xəsarətlər alaraq xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini, 2004-cü il təvəllüdlü Şahbaz Məmmədov saxlanılaraq istintaqa təhvl verilib.

Faktla bağlı araşdıma aparılır.

***

16.25

Bərdədə bıçaqlanma hadisəsi qeydə alınıb.

APA-nın yerli müxbiri xəbər verir ki, 1997-ci il təvəllüdlü Bakı şəhər sakini İlyasov Əmrah Asif oğlu, kimliyi məlum olmayan şəxslə münaqişə zəminində çox saylı bıçaq zərbəsi alıb.

Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər Ə.İlyasovun vəziyyətini orta ağır qiymətləndirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR