Bank Of Baku

Bərdədə kişi arvadını bıçaqlayıb

Bərdədə kişi arvadını bıçaqlayıb
# 02 iyun 2023 10:24 (UTC +04:00)

Bərdə rayonunda ailə münaqişəsi zəminində kişi həyat yoldaşına bıçaq xəsarətləri yetirib.

DİN-in mətbuat xidmətinin regional qrupundan APA-ya bildirilib ki, iyunun 2-də saat 09 radələrində 1987-ci il təvəllüdlü Zöhrab Həşimov 1990-cı il təvəllüdlü həyat yoldaşına bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Qadın xəstəxanaya yerləşdirilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb. Cinayət işi başlanılıb.

Bərdə RPŞ-də istintaq hərəkətləri aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR