Bank Of Baku

Beyləqanda 49 yaşlı kişi qətlə yetirilib - YENİLƏNİB

Beyləqanda 49 yaşlı kişi qətlə yetirilib - YENİLƏNİB
# 23 dekabr 2022 17:45 (UTC +04:00)

Prokurorluq Beyləqanda baş verən qətl barədə məlumat yayıb.

Beyləqan rayon prokurorluğundan APA-ya verilən məlumata görə, dekabrın 23-də Beyləqan rayonu ərazisində 1973-cü il təvəllüdlü Kamil Fərzəliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı 1978-ci il təvəllüdlü Rafiq Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarəti yetirərək Kamil Fərzəliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Beyləqan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Rafiq Əliyev şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə istintaq davam edir.

***

16.31

Dekabrın 23-də saat 16:10 radələrində Beyləqan rayonunda 1973-cü il təvəllüdlü Kamil Fərzəliyevin bıçaqla öldürülməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, Beyləqan RPŞ əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən 1978-ci il təvəllüdlü Rafiq Əliyev saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR