Beyləqanda məktəblinin qaçırılması faktı ilə bağlı cinayət işi başlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Beyləqan rayonu Qaralılar kəndindən 14 yaşlı məktəbli qızın qaçırılması faktı ilə bağlı Beyləqan rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə (Adam oğurluğu - bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) cinayət işi açılıb.
Qeyd edək ki, oktyabrın 8-də Rayon Polis Şöbəsi əməkdaşların həyata keçirdiyi müvafiq tədbirlərlə şərti adı A.A olan qızın qaçırıldığı istiqamət müəyyən olunaraq avtomobil saxlanılıb.
Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.