Bank Of Baku

Beyləqan sakini tanışını güllələyib - YENİLƏNİB

Beyləqan sakini tanışını güllələyib - YENİLƏNİB
# 18 iyul 2024 10:30 (UTC +04:00)

Beyləqanda tanışını güllələyən şəxs tutulub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən Samir Axundov saxlanılıb. Hadisəni törədərkən istifadə etdiyi qundağı və lüləyi kəsilmiş odlu silah polis əməkdaşları tərəfindən müəyyən edilərək götürülüb.

Faktla bağlı Beyləqan RPŞ-də araşdırmalar davam etdirilir.

***

09.25

Beyləqanda silahlı insident olub.

APA xəbər verir ki, hadisə Məşədi Əzizbəyov küçəsində baş verib.

1978-ci il təvəllüdlü Axundov Samir Ənvər oğlu tanışı 1981-ci il təvəllüdlü Cuvarlı Yusif Taryel oğluna aralarında baş vermiş mübahisə zamanı atəş açıb. Y. Cuvarlı ayağından xəsarət alıb.

S.Axundov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR