Bank Of Baku

Beyləqanda yol qəzasında 4 nəfər xəsarət alıb

Beyləqanda yol qəzasında 4 nəfər xəsarət alıb
# 08 dekabr 2025 16:04 (UTC +04:00)

Beyləqanda yol qəzası baş verib, xəsarət alanlar var.

APA-nın yerli müxbirinin məlumatına görə, hadisə rayonun Birinci Aşıqlı kəndi ərazisində qeydə alınıb.

"QAZel" markalı nəqliyyat vasitəsi "Khazar" markalı minik maşını ilə toqquşub. Nəticədə 4 nəfər - 2002-ci il təvəllüdlü Ümid Əhmədli, 2004-cü il təvəllüdlü Mikayıl Allahverdiyev, 2003-cü il təvəllüdlü Abbas Abdullayev və 1999-cu il təvəllüdlü Sahil Süleymanlı xəsarət alıb.

Xəsarət alanlar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR