Bank Of Baku

Bəzi rayonların qaz təchizatında fasilələr yaranacaq

Bəzi rayonların qaz təchizatında fasilələr yaranacaq
# 15 dekabr 2022 22:31 (UTC +04:00)

Bu gün gecə saatlarında Gədəbəy və Qazax, sabah isə Balakən və Yardımlı rayonlarının dağ və dağətəyi kəndlərində hava şəraitinin kəskin soyuması ilə əlaqədar olaraq qaz təchizatında məcburi fasilələr yaranacaq.

Azəriqaz İB-dən APA-ya bildirilib ki, havaların kəskin soyuması qaz xətlərində texniki nasazlıqlara səbəb olub, nəticədə qaz sızmaları baş verib.

Təhlükəli vəziyyətin dərhal aradan qaldırılması üçün ərazilərə "Azəriqaz" İB-nin Qəza-bərpa xidmətinin əməkdaşları ezam olunub. Hava şəraitinin əlverişsiz olmasına baxmayaraq, qəza şəraitinin aradan qaldırılması istiqamətində bütün mümkün tədbirlər görülməkdədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR