Bank Of Baku

Biləcəridə dizel daşıyan yük avtomobili yanıb - FOTO

Biləcəridə dizel daşıyan yük avtomobili yanıb - FOTO
# 15 iyul 2026 03:09 (UTC +04:00)

Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə zamanı hərəkətdə olan dizel yanacağı daşıyan yük avtomobili alovlanıb.

Yanğın Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının operativ müdaxiləsi nəticəsində qısa müddətdə söndürülüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, polis və təcili tibbi yardım briqadası cəlb olunub. Hazırda hadisə yerində təhlükəsizlik tədbirləri görülür.

Hadisənin başvermə səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR